Türkiyədə pandemiya qurbanlarının sayı artdı

Türkiyədə son sutka ərzində 989 yeni yoluxma faktı qeydə alınıb. ONN media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Nazirin sözlərinə görə, Türkiyədə bu gün 19 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4711 yoluxanlar isə 171 min 121 nəfərə çatıb. Türkiyədə indiyədək 141 min 380 xəstə sağalaraq evə buraxılıb.