Türkiyədə bu gün koronavirusdan ölənlərin sayı açıqlandı

Türkiyədə bu gün koronavirusdan daha 18 nəfər ölüb. ONN media xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 4 729 nəfərə çatıb. O, qeyd edib ki, son sutkada koronavirusa 993 nəfər yoluxub. Beləliklə, Türkiyədə COVID-19-a yoluxanların sayı 172 114 nəfərə yüksəlib. Bu gün ölkədə koronavirusla bağlı 37 225 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 2 415 179-a çatıb.