İranda güclü zəlzələ BAŞ VERDİ
İranın cənubunda 5,7 bal gücündə zəlzələ baş verib. ONN media xəbər verir ki, "UTC" vaxtı ilə saat 17:18-də qeydə alınan yeraltı təkanların episentri Şiraz şəhərindən 216 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
