Bu şəxslərin icazəsi qeydə alınmayacaq - Ülvi Mehdiyev

Bu şəxslərin icazəsi qeydə alınmayacaq - Ülvi Mehdiyev

İcazələr sistemi ilk dəfə aprelin 3-də tətbiq olunmağa başladı. ONN media  xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu günükü brifinqdə deyib: "Bu dövrdə ilk həftə ərzində 40 minə yaxın əmək müqaviləsinin bağlanmasının şahidi olduq. Ümumi 70 minə yaxın əmək müqaviləsi qeyd olundu. İcazələr zamanı işçinin əmək müqaviləsinin olub-olmaması qeyd olunmalıdır". O əlavə edib ki, əmək müqaviləsi olmayanların icazəsi qeydə alınmayacaq: "Bu, qeyri-formal məşğulluğun aradan qaldırılması üçün təkan yaratdı".

Geri qayıt