Ağır xəstələrin yeni videosu YAYILDI: "İnanmırdım ki, belə xəstəlik var"

Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələrin müalicəsi üçün ayrılıb. Artıq COVID-19 diaqnozu qoyulmuş bir neçə xəstə tibb müəssisəsinə daxil olub. Kimi əvvəlki vəziyyətinə qayıdacağı günü gözləyir, kimi isə süni nəfəs aparatında həyatla ölüm arasında mübarizə aparır. ONN media xəbər verir ki, Hospitalın rəis müavini Bəxtiyar Musayevin sözlərinə görə, palatalar və şöbələr bütün lazımi avadanlıqlarla təchiz olunub və tibb məssisəsi pasiyent qəbulunu dayandıraraq yalnız pandemiya xəstəxanası kimi fəaliyyət göstərəcək. Burada koronaviruslu xəstələrə xidmət göstərən bütün heyət də hospitalın öz əməkdaşlarıdır. Dünəndən sonra hospitala COVID-19-a yoluxmuş xeyli xəstə daxil olub. Ölkədə koronaviruslu xəstələrin müalicəsi üçün 20-dən artıq tibb müəssisəsi ayrılıb. Ayın sonuna kimi isə daha 6 modul tipli xəstəxananın açılışı olacaq.(xəzərxəbər) https://www.youtube.com/watch?v=GChlNO_wrRM&feature=emb_title