Türkiyədə son sutkada koronavirusdan 1 242 nəfər sağaldı

Türkiyədə son sutkada koronavirusdan 1 242 nəfər sağaldı

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. ONN media  bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 778 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 195 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 175 218 nəfərə çatıb. Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 242 nəfər olmaqla 149 102 nəfər təşkil edir.
Geri qayıt