Koronavirusun ortaya çıxdığı Çində xəstəlikdən ölümlər dayandı

Yeni tip koronavirusun ortaya çıxdığı Çində son sutka ərzində 11 yoluxma faktı qeydə alınıb.
Bu barədə Çin Milli Səhiyyə Komissiyası məlumat yayıb.
Yoluxanlardan 6-sı paytaxt sakini, 5-i xaricdən gələnlər olub.
Son 24 saat ərzində infeksiyadan ölüm olmayıb.
Beləliklə, Çində bu günə qədər koronavirusa yoluxanların sayı 83 min 75, ölüm isə 4 min 634 olub.
Ölkədə hazırda 74 aktiv COVID-19 xəstəsi var.