Bakının bu əraziləri iki gündür susuz qalıb

Bakının bu əraziləri iki gündür susuz qalıb

Paytaxtın Bakıxanov və Qaraçuxur qəsəbəsinə suyun verilməsində fasilə yaranıb.

Sakinlərin verdiyi məlumata görə, qəsəbənin həm yaşayış binaları, həm həyət evlərinə su verilmir. Eyni zamanda, 3 mindən çox sakini olan “Uğur-2” yaşayış kompleksinin sakinləri də iki gündür susuzluqdan əziyyət çəkirlər.

“Azərsu” ASC-nin Sabunçu Rayon Sukanal İdarəsindən deyilib ki, problem təkcə bu rayonla məhdudlaşmır, Suraxanı və Xətai rayonlarının da bəzi ərazilərində içməli suyu təminatında problem yaşanır.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza bildirib ki, problemlə bağlı məlumat veriləcək.

Geri qayıt