Bakıda çoxmərtəbəli binadan 12 nəfər TƏXLİYƏ EDİLDİ - Nə baş verir?

Bakıda çoxmərtəbəli binadan 12 nəfər TƏXLİYƏ EDİLDİ - Nə baş verir?

Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanına yığılan tikinti materialları 3 m² sahədə yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt