Bu ərazilərdə 3 gün su olmayacaq?

Bu ərazilərdə 3 gün su olmayacaq?

Şirvan şəhərində yaxın 3 gün ərzində içməli suyun verilməsinin dayandırılacağı haqda deyilənlər həqiqəti əks etdirmir.

Bu barədə Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Şirvan şəhəri Kür Sutəmizləyici Qurğularından su alır:

“Burada içməli suyun 3 gün verilməməsi qeyri-mümkündür”.

Qeyd edək ki, sosial şəbəkədə Şirvan şəhərində içməli suyun verilməsində problem yaşandığı, 3 gün su verilməyəcəyi haqda məlumat yayılıb.

Geri qayıt