SON DƏQİQƏ: Bu gün aparılan testlərin sayı açıqlandı

SON DƏQİQƏ: Bu gün aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 17-nə olan statistik göstəriciləri açıqlayıb. ONN media xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 700 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 397 399 test aparılıb. Aktiv xəstə sayı 4 783 nəfərdir, onlardan 146 nəfər reanimasiyadadır, 29 nəfər isə süni tənəffüs aparatına qoşulub.
Geri qayıt