Korona ilə mübarizə həyat tərzinə çevrilməlidir

Müasir dövrdə koronavirusla mübarizə bizim həyat tərzimizə çevrilməlidir. ONN media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Operativ Qərargahın bugünkü brifinqində deyib. "Aparılan tədbirlər vətəndaşların sağlamlığına xidmət edir. Bizim maskalardan istifadə edib, sosial məsafə gözləyərək, gigiyenik qaydalara riayət etməyimiz başlıca amildir. Bir daha vətəndaşlardan qəbul olunan qərarlara ciddi riayət etmələrini xahiş edirik", - o bildirib.(axar.az)