5,6 bal gücündə ZƏLZƏLƏ BAŞ VERDİ

İslandiya sahillərində 5,6 bal gücündə zəlzələ olub. ONN media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri Reykyavik şəhərindən 86 kilometr aralıda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.