Azərbaycanda hakim cəzalandırıldı - SƏBƏB?

Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova xüsusi karantin rejiminin, hakimlərin etik davranış qaydalarının tələblərinin pozulmasına görə töhmət verilib. ONN media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bununla bağlı qərar Məhkəmə Hüquq Şurasının bu gün keçirilən növbəti iclasında elan olunub.