Putin bu şəxslərin vergisini artırmaq istəyir

Rusiya Prezidenti Vladimir Putin yanvarın 1-dən etibarən fərdi gəlir vergisinin dərəcəsini ildə 5 milyon rubldan çox gəliri olan şəxslər üçün 13%-dən 15%-dək artırmağı təklif edib.
ONN media xəbər verir ki, onun sözlərinə görə, bu faiz dərəcəsi ildə 5 milyondan çox gəliri olan şəxslərə şamil ediləcək. Bu artımdan illik əlavə gəlir 60 milyard rubl təşkil edəcək. Putin həmin vəsaitin xəstəlikləri olan uşaqların müalicəsinə sərf ediləcəyini bildirib.