Türkiyədə daşqınlar daha 1 nəfərin həyatına son qoydu

Türkiyədə daşqınlar daha 1 nəfərin həyatına son qoydu

Türkiyənin İstanbul şəhərində baş verən daşqınlar zamanı 1 nəfər ölüb. ONN media  xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib ki, 112 təcili yardım briqadası hadisə yerinə cəlb edilib. Fahrettin Kocanın sözlərinə görə, təbii hadisə zamanı xəsarət almış daha 4 nəfərin müalicəsi davam etdirilir. Qeyd edək ki, Bursa vilayətində güclü yağışlar fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub. Bursa əyalətinin Kestel rayonunda baş verən sel və daşqınlar nəticəsində 5 nəfər ölüb. Kestel rayonuna bağlı Dudaklı, Narlıdərə, Aksu və Kayacık məhəllələrini sel basıb.

Geri qayıt