SON DƏQİQƏ: Məşhur müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ
Məşhur türk müğənni Alişan avtomobil qəzası keçirib.
ONN media xəbər verir ki, İstanbuldan İzmirə gedən müğənninin avtomobili Manisa şəhərinin Saruxanlı rayonunda yol kənarındakı baryerlərə çırpılıb.
Daha sonra aşıb və yerdə 30 metr sürüklənib.Hadisə zamanı sənətçinin həyat yoldaşı Buse Varol, 2 yaşlı oğlu Burak və onun baxıcısı da avtombilin içində olub. Xoşbəxtlikdən, ailə xəsarət almayıb. Körpənin baxıcısı isə xəstəxanaya yerləşdirilib.
Alişan jurnalitlərə açıqlamasında hadisənin anidən baş verdiyini deyib:
“Böyük şok yaşadıq. Həyatımda ilk dəfə qəzaya düşürəm. Sonra gördük ki, avtomobilin arxası qopub. Buna heyrət edirəm”.
