Qardaş ölkədən korona ilə bağlı ÜZÜCÜ XƏBƏR

Son sutka ərzində Türkiyədə koronavirusa daha 1 492 yoluxma qeydə alınıb.
ONN media xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, son rəqəmlərlə ölkədə Covid-19 xəstələrinin ümumi sayı 191 657 nəfərə çatıb. Ötən sutka ölkədə 24 nəfər koronavirusdan ölüb. Beləliklə, vəfat edənlərin sayı 5mini ötüb.Hazırda Türkiyədə COVID-19-dan sağalanların sayı 164 234 nəfərdir.
Qeyd edək ki, Türkiyədə 3 milyondan artıq insan koronavirus testi verib.Son günlərdə ölkədə koronavirusa yoluxma və ölüm sayında artım müşahidə edilir.