Karantin yenidən SƏRTLƏŞDİRİLƏCƏK? - RƏSMİ

Virusun daha çox yayılmasını Avropada müşahidə etdik. İtaliya, İspaniya xəstəliyin mərkəzi oldu. Lakin indi Avropada azalma müşahidə olunur. ONN media xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Operativ Qərargahın bugünkü brifinqində deyib. Rəsmi bildirib ki, hazırda Azərbaycanın ətrafındakı qonşu ölkələrə baxsaq, əksəriyyətində sabitləşmənin müzakirə edildiyini görə bilərik: "Hazırda bölgədə ən yüksək artım Azərbaycanda müşahidə olunur. Hansı ölkələrdə güclü tədbirlər görüldüsə, onlarda yoluxmalarda azalma müşahidə olundu". O bildirib ki, ÜST-ün müşahidələrinə görə, əgər ölkələrdə əhali tərəfindən görülən tədbirlərə əməl edilməsə, karantin rejimin sərtləşdirilməsi məsləhət görülür: "Hökümət əlindən gələni edir. Əgər ölkə daxilində xəstəliyə yolxumada ciddi artım müşahidə olunarsa, tədbirlərin alınmasında sərt qərarlar verilə bilər".