Azərbaycanda koronavirusa yoluxanların sayı 15 mini ötdü

Azərbaycanda koronavirusa yoluxanların sayı 15 mini keçib. ONN media xəbər verir ki, bu gün ölkədə daha 517 nəfər koronavirusa yoluxub, bununla da ümumi say 15 369-a çatıb. Onlardan 8 364-ü sağalıb, aktiv xəstələrin sayı isə 6818-dir. Azərbaycanda indiyədək 187 nəfər Covid-19-un qurbanı olub.