AZAL-dan biletlərin baha satılması xəbərinə - MÜNASİBƏT

AZAL-dan biletlərin baha satılması xəbərinə - MÜNASİBƏT

Daha əvvəl xəbər verildiyi kimi, 26 iyun tarixində "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlanılıb. AZAL-dan ONN media -ya verilən məlumata görə, sosial şəbəkələrdə bəzi saytlar tərəfindən biletlərin baha qiymətinin əks olunduğu şəkillərin yayılmasına təəssüf ifadə edilib: Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir. Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün Bakı-İstanbul və İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir. AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.

Geri qayıt