Türkiyədən türkman liderə cavab: Yanınızdayıq

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın İraq Türkman Cəbhəsinin rəhbəri Ərşad Salehin tibbi yardımlarla bağlı çağırışına cavab verib. ONN media xəbər verir ki, Qalın tibbi yardımların tez bir zamanda göndəriləcəyini bildirib. “Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə tibbi ləvazimatlar yardımları hazırlanır və tez bir zamanda yola çıxacaq. Türkiyə hər zaman türkman və iraqlı qardaşlarının yanındadır”, - o deyib. Qeyd edək ki, İraq Türkman Cəbhəsinin lideri Ərşad Saleh Türkiyədən gələcək yardımlar sayəsində yoluxma sayının azalacağı ilə bağlı paylaşım etmişdi.