Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub. ONN media  xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib. O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib. Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib. Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.(report)

Geri qayıt