Əməkdar artistə ağır itki üz verdi

Əməkdar artist Abbas Bağırovun ailəsində itki üz verib.
ONN media xəbər verir ki, müğənninin 93 yaşlı nənəsi Minarə xanım dünyasını dəyişib. "93 yaşın olsa belə sənin hər zaman deyib-gülməyin, zarafatların o yaşı bildirmirdi. Mənim gözəl Minarə nənəm, bu səhər belə xəbər eşitmək istəməzdim. Dünən özün bilə-bilə hamımızla sağollaşdın və bu gün dünyanı dəyişdin" deyə, Abbas bildirib. Qeyd edək ki, Abbas nənəsi ilə tez-tez videolar paylaşır, verilişlərə çəkilirdi.(axşam.az)