Qardaş ölkədə son durum necədir? - Nazirdən açıqlama

Qardaş ölkədə son durum necədir? - Nazirdən açıqlama

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 201 min 098 nəfərə çatıb. ONN media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. O bildirib ki, son 24 saat ərzində ölkədə 19 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1192 nəfər isə infeksiyaya yoluxub. Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 5150 nəfərə çatıb. Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 2311 nəfər təşkil edir.

Geri qayıt