Rusiyada səsvermə bitdi

Rusiyada səsvermə bitdi

Rusiyada konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı ümumxalq səsverməsi başa çatıb. ONN media  xəbər verir ki, sonuncu seçki məntəqələri qərb regionu olan Kalininqrad vilayətində Bakı vaxtı ilə saat 22:00-da bağlanıb.

Qeyd edək ki, Rusiyada konstitusiya dəyişiklikləri ilə bağlı ümumxalq səsverməsi aprelin 22-nə təyin edilsə də, ölkədə koronavirus pandemiyası səbəbindən yaranan epidemioloji vəziyyət səbəbindən referendum 25 iyun- 1 iyulun tarixinə təyin olunub.
Geri qayıt