Belçikada 5G-yə qarşı aksiya başladı

Belçikada 5G-yə qarşı aksiya başladı

Belçikada 5G texnologiyasına qarşı etiraz aksiyası keçirilib.

Bildirilib ki, paytaxt Brüsseldə keçirilən aksiyada iştirak edən şəxslər 5G texnologiyası üçün infrastruktur investisiyalarına qarşı çıxıblar və 5G-də əvvəlki nəsillərlə müqayisədə elektromaqnit dalğasının yüksək olduğunu, bunun da sağlamlığa ziyan vurduğunu iddia ediblər.

Aksiyada koronavirusdan qorunmaq üçün sosial məsafə qaydalarına əməl olunub.

Geri qayıt