İtkin düşmüş kişinin meyiti MEŞƏDƏ TAPILDI

İtkin düşmüş kişinin meyiti MEŞƏDƏ TAPILDI

Kür çayının Salyan rayon ərazisində yerləşən meşə zolağında kişi meyiti tapılıb. ONN media  xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Tapılan meyitin şəxsiyyəti müəyyənləşdirilib. Bu şəxs bir ay əvvəl itkin düşmüş Beştalı kənd sakini, 1979-cu il təvəllüdlü Aqil Quliyevdir. Məlum olub ki, o, təxminən 28 gün əvvəl intihar edib. Hazırda Salyan rayon prokurorluğu tərəfindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb. İntiharın səbəbləri araşdırılır.

Geri qayıt