Tramp rəsmən təsdiqləyir: ABŞ ÜST-lə əlaqələri kəsir - SON DƏQİQƏ

ABŞ prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib. ONN media xəbər verir ki, bu barədə senator Bob Menendes deyib. “Bu, amerikalıların həyatını və (onların - Red) maraqlarını qorumayacaq. Amerikanı xəstə və tək qoyacaq” - deyə senator Tvitter səhifəsində yazıb.