Xaçmazda yanğın olub - 1 nəfər...

Xaçmaz rayonunda ev yanıb. ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 36 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 21 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.