Karantin nəticəsini verdi, Azərbaycanda vəziyyət düzəlir

Son günlərdə yoluxanlarla sağalanların sayında bəlli sabitləşməyə nail ola bilmişik. Buna vətəndaşların qaydalara riayət etməsi nəticəsində nail olmuşuq. ONN media xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib. O bildirib ki, insanlar daha ciddi şəkildə qaydalara riayət edirlər: "Bunu marketlərdə və ictimai nəqliyyatda hiss edirik. Xəstəliyin ağırlaşmalarına inam çoxalıb. Artıq gündəlik yoluxanlarla sağalanların sayı bir-birinə çox yaxındır. Bu da bizim üçün çox əhəmiyyətli nüansdır". Qeyd edək ki, bu gün Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər dünyasını dəyişib, 502 nəfər sağalıb.