TƏBİB daha bir məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 10-na olan statistik göstəriciləri açıqlayıb. ONN media xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 576 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 552 311 test aparılıb. Onlardan 22 990-nün cavabı pozitiv çıxıb. İndiyədək 292 nəfər COVID-19-dan dünyasını dəyişib, 14 093 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 605 nəfərdir. 343 nəfər reanimasiyada, 48 nəfər süni tənəffüs cihazındadır. Xatırladaq ki, bu gün Azərbaycanda 526 yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 502 pasiyent sağalıb.