İranda neft emalı zavodu YANIR

İranın cənub-qərbində, Xuzistan ostanında neft emalı zavodunda yanğın qeydə alınıb. ONN media xəbər verir ki, bu barədə “Fars” agentliyi yanğınsöndürənlərə istinadən məlumat verib. İlkin ehtimala görə, Bender-Mahşəhr şəhərində yerləşən neft emalı zavodunda başlayan yanğına səbəb yanacaq sızmasıdır. Yanğının əhatəsi və baş vermə səbəbləri dəqiqləşdirilir.