İTV-nin koronavirusa yoluxan əməkdaşından YENİ XƏBƏR

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) koronavirusa yoluxan bölgə müxbiri sağalıb.
ONN media bildirir ki, televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikov koronavirusdan sağalaraq evə buraxılıb. Qeyd edək ki, R.Məlikov bir həftə əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.