Türkiyə parlamentindən Azərbaycana dəstək — VİDEO

Türkiyə parlamentindən Azərbaycana dəstək — VİDEO


Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmasını qınayıb.

ONN  media  xəbər verir ki, o, verdiyi açıqlamada beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırıb. Ş.Ayrım Ermənistanın bundan əvvəl də oxşar hadisələr törətdiyini diqqətə çatdırıb. Türkiyəli deputat Xocalı soyqırımında ermənilərin 600-dən çox azərbaycanlını vəhşiliklə qətlə yetirdiyini qeyd edib. https://www.youtube.com/watch?v=hWWACa_Pbg8&feature=emb_title
Geri qayıt