Göldə itən aktrisanın cəsədi tapıldı, ancaq...

5 gün əvvəl Kaliforniyadakı Piru gölündə itkin düşən aktrisa Naya Riveranın cəsədi tapılıb. ONN media xəbər verir ki, polislər 5 gündür qadınla bağlı axtarışlar aparırdı. Ötən gün bölgə rəisi göldə bir cəsəd tapıldığını, onun Riveraya aid olacağını iddia edib. Hazırda cəsəd ekspertizaya göndərilib. Aktrisanın 4 yaşındakı oğluna isə hələ də axtarışların davam etdiyi deyilib. Qeyd edək ki, aktrisa 4 yaşlı oğlu ilə qayıqla gölə gəzintiyə çıxıb. Başqa bir qayıqda olanlar uşağı tək yatmış halda tapıb. Nayanın intihar etdiyi və ya öldürüldüyü ilə bağlı araşdırmaların davam edəcəyi söylənilib.