Qəbul imtahanlarının keçirilmə vaxtı açıqlandı - RƏSMİ

Ali təhsil müəssisələrinə qəbul imtahanları avqustun 13-14-dən başlaya bilər.
ONN media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.
DİM sədri qeyd edib ki, bu tarix hələlik dəqiqləşdirilməyib: "Çünki buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır. Avqust ayında 4 gün ərzində qəbul imtahanlarının keçirilməsi planlaşdırılır".
M.Abbaszadə bildirib ki, rezidenturaya qəbul imtahanlarının keçirilməsi avqustun 10-dək nəzərdə tutulur: “Dövlət qulluğu ilə əlaqəli müəyyən təxirə salınan imtahanların da avqustun 1-dən 10-na qədər baş tutması nəzərdə tutulur”.