Ermənistan ordusu çətin vəziyyətdə: Paşinyan yardım toplamağa başladı

Ermənistanın baş naziri Nikol Paşinyan həmvətənlərini orduya kömək etməyə çağırıb.
ONN media xəbər verir ki, baş nazir bu barədə Feysbuk səhifəsindən müraciət yayımlayıb.
O, Ermənistan xalqını "Hərbi Sığorta" fonduna ianə etməyə səsləyib.
Paşinyan, bundan əlavə, vətəndaşların bu günlərdə hər hansı əmlak əldə etməkdən çəkinməsini istəyib. O bildirib ki, bu məqsədlər üçün ayrılan vəsait fondun balansına köçürülə bilər.
Ermənistan baş nazirinin xalqı köməyə səsləməsi ordusunun maddi ehtiyatının tükənməsindən xəbər verməsi kimi şərh olunur.