Hökumət karantin istəmir - RƏSMİ

Hökumət karantin istəmir - RƏSMİ

Yoluxma hallarının artması və ya azalması vətəndaşlar arasında təmasdan asılıdır. ONN media   xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib. "Dövlət məcburən karantini tətbiq etməklə bu təmasları azaldıb yoluxmaların sınmasına nail olur. Yoluxmaların azalması bizdən asılıdır. 5 avqustdan sonra yumşalmalara getməyi düşünürük. Əminik ki, vətəndaşlar vəziyyəti tam anlayır. Xəstəsinizsə, evdən çıxmayın. Özünüzü pis hiss edirsinizsə, poliklinika ilə əlaqə saxlayın, vəziyyətiniz pis olduqda isə təcili yardıma müraciət edin. Eyni zamanda maska taxın. Əgər yoluxmaların sayı artsa, dövlət nəsə edə bilməyəcək. İlk olaraq dövlət istəmir ki, karantin olsun. Təəssüf ki, hərdən məcbur oluruq", - o bildirib.

Geri qayıt