İsraildə daha 1 641 nəfər koronavirusa yoluxdu

İsraildə koronavirusa yoluxanların sayı artıb. ONN media xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasına 1 641 yeni yoluxma faktı qeydə alınıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. Ümumilikdə ölkədə 29 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 22 060 nəfər müalicə olunaraq sağalıb, 415 nəfər vəfat edib.