İTV-nin əməkdaşı süni nəfəs aparatına qoşuldu

İTV-nin əməkdaşı süni nəfəs aparatına qoşuldu

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru Əmrah Fəqanoğlu süni nəfəs aparatına qoşulub.

Bu barədə açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı deyib.

O bildirib ki, Əmrah Fəqanoğlu hazırda klinikada həkimlərin nəzarəti altındadır:

“Əməkdaşımızın vəziyyəti barədə rəhbərlik tərəfindən mütəmadi olaraq həkimlərlə əlaqə saxlanılır. Onun tezliklə sağalıb sıralarımıza qayıtması üçün dua edirik”.

Geri qayıt