Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI

24 iyulda Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.  Cənub küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-34, Bakıda  gecə 22-25, gündüz  32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754  mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq.

24 iyulda Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz tədricən kəsiləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 19-24, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz  18-23 dərəcə  isti olacaq.

Geri qayıt