Tovuz təxribatı: Bu, Prezidentin diqqət mərkəzindədir

Tovuz təxribatı: Bu, Prezidentin diqqət mərkəzindədir

Tovuz rayonunun intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın sürətlə aradan qaldırılması məsələləri ölkə başçısının diqqət mərkəzindədir.

ONN media Report-a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə görüləcək tədbirlərlə bağlı iyulun 20-də sərəncam imzalanıb.

Geri qayıt