Bir sıra şəhər və rayonlarda su kəsiləcək
Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.
Bu barədə ONN media-a "Azərsu" ASC-dən bildirilib.
Yaranmış narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.
