ABŞ-da prezident seçkiləri təxirə salınacaq? - ŞOK TƏKLİF

"ABŞ-da koronavirus pandemiyasının yaratdığı çətinliklərə görə builki prezident seçkilərinin təxirə salınması məqsədəuyğun olardı". ONN media xəbər verir ki, bu fikri prezident Donal Tramp “Twitter” hesabından irəli sürüb. “Universal poçt səsverməsilə (əlverişli olan qiyabi səsvermə ilə yox) 2020-ci il seçkiləri tarixin ən QÜSURLU VƏ SAXTA seçkiləri olacaq. Bu da ABŞ üçün böyük çətinliklər əmələ gətirəcək. Xalq lazımi qaydada, təhlükəsiz və arxayın səs verə bilənədək seçkilər təxirə salınsınmı?”, - dövlət başçısı qeyd edib.