Çia və bananlı keks resepti

Çia və bananlı keks resepti

Tərkibi: 2 yumurta 5 banan 3 xörək qaşığı çia toxumu 200 qr pəhriz kəsmiyi 70 qr yulaf unu 1çay qaşığı soda/50 qr qabartma tozu İstəyə əsasən vanilin İstəyə əsasən darçın Hazırlanması: İlk öncə bananları əzirik. Sonra kəsmik ilə yumurtanı qarışdırırıq. Daha sonra unu əlavə edib yaxşıca qarışdırırıq. Daha sonra çia toxumunu, vanilini əlavə edirik. Sodanı da qatıb yaxşıca qarışdırırq. Daha sonra 180 dərəcə ilə 40-45 dəqiqə sobaya qoyuruq. Hazır olandan sonra üzərinə darçınımızı əlavə edirik. Nuş olsun!

Geri qayıt