Bağdad aeroportu növbəti dəfə hədəf alındı
Bağdad Beynəlxalq Hava Limanı yaxınlığına 2 ədəd raket atılıb. ONN media xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb. Hücum nəticəsində hər hansı dağıntı, yaxud tələfatın olmadığı bildirilib. Hücumla bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.
