Sadiq Qurbanov Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik etdi

ONN media xəbər verir ki, Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Siyəzən və Şabran rayonunun bir sıra sakinləri ilə onlayn keçirilən görüşündə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Dəyərli dostlar!
Əziz xalqımız!
Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, etdiyiniz duaların və kəsdiyiniz qurbanların Uca Tanrı dərgahında qəbul olunmasını arzu edirəm.
Bu gün Qurban bayramı münasibəti ilə Siyəzən və Şabran rayonunun bir sıra sakinləri ilə onlayn görüşümüz oldu. Xüsusən də Siyəzən rayonunun Sədan və Eynibulaq kənd sakinləri bu yaxınlarda kəndə suyun çəkilməsi, Məşrif kəndində isə suyun istifadəyə verilməsi ilə əlaqədar iki qat bayram olduğunu qeyd edib bütün zəhməti olanlara, xüsusən də cənab prezidentimiz İlham Əliyevə öz dərin təşəkkürlərini bildirdilər.
Dəyərli dostlar, əziz Azərbaycan xalqı bir daha bayramınız mübarək!