"Sənsiz keçən ikinci bayram" - Fahriyədən duyğusal paylaşım

Türkiyəli aktrisa Fahriyə Evcen duyğusal paylaşımı ilə diqqət çəkib. ONN media xəbər verir ki, aktrisa məzarlıqdan paylaşdığı fotoya "Sənsiz keçən ikinci bayram, əllərindən öpürəm atam" şərhini yazıb. Qeyd edək ki, Fahriyenin atası Ramazan Evcen mədə xərçəngi xəstəliyindən vəfat edib.