Çində yeni yoluxmaların sayı açıqlandı

Çində ötən sutka ərzində yeni növ koronavirusa daha 69 nəfər yoluxub. ONN media xəbər verir ki, yeni yoluxma hallarından 49-nin aktiv formada, 20-nin isə simptomsuz formada olduğu bildirilir. Məlumata əsasən, aktiv formada olan yoluxma hallarının 45-i ölkə daxilində, 24-ü isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb.
Qeyd edilir ki, ötən sutka ərzində ölkədə koronavirusdan ölən olmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 84 385 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.